Azərbaycan qırmızı London taksiləri alıb


20:19     06 Mart 2020 20_03_06_1583509242.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100 ədəd "TX", 0 emissiyalı elektrik taksisi alıb.

Bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. "Bakı Taksi Xidməti"nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 638