Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyəti artırılıb
09:39 08 Mart 2020
Nazirlər Kabinetinin səlahiyyəti artırılıb.
Femida.az -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda müvafiq dəyişiklik edib.
Beləliklə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilib. O cümlədən magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçirilib. Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin bu sahələrdəki səlahiyyəti Nazirlər Kabinetinə verilib. Başqa sözlə, bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək. Magistratura səviyyəsində tədrisin təşkili də ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (AKTS) ilə həyata keçiriləcək.
Oxunub: 669
Oxşar xəbərlər
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazirlər Kabineti III qrupa qəbulla bağlı dəyişiklikləri təsdiqləyib
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Nazirlər Kabineti Qarabağda iqtisadi inkişafın sürətləndirilməsi barədə qərar verib
- Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
- Nazirlərin müzakirə etdikləri məsələlər açıqlandı
- Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"
- Nazirlər meşə yanğılarını müzakirə edib
- Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqladı
- Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib