DİN "WhatsApp"da yayılan səs yazısına aydınlıq gətirdi
13:27 09 Mart 2020
"Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra "WhatsApp" ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırır".
Bunu Femida.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2 800 manat məbləğində cərimələyirlər:
"Bununla əlaqədar bildirirəm ki, tamamilə əsassız və uydurma bir iddiadır. Bildiyiniz kimi Nazirlər Kabinetinin sərəncamına əsasən, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Bunun müəllimlərin repititorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir".
Femida.az
Oxunub: 819
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib