Abşeron dairəvi dəmir yolu xətti Novruz bayramına qədər açılacaq


16:48     13 Mart 2020 demir_yolu_05245.jpg

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttinin bir hissəsi olan Fatmayi, Goradil və Novxanı stansiyalarını Novruz bayramına qədər istifadəyə verməyi planlaşdırır.


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədr müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, bu stansiyalar istifadəyə verildikdən sonra ümumi uzunluğu 91 km olan Abşeron dairəvi dəmir yolu xətti tam fəaliyyət göstərəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 465