Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb


21:36     15 Mart 2020 20_03_15_1584290241.jpg

Gürcüstanda 3 yeni koronavirusa yoluxma halı təsdiqlənib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koironavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 33-ə çatıb. Ölkə ərazisində karantində saxlanılanların sayı isə 427 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma 26 fevralda İrandan qayıdan 50 yaşlı kişidə təsdiqlənib.

Açar sözlər:

Oxunub: 404