Bakıda qətlə görə həbsdə olmuş şəxs güllələndi
15:16 21 Mart 2020
Bakı sakinini güllələyən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılıb. Cinayəti törədərkən istifadə etdiyi “Özkanarms” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 445
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var