Azərbaycanda 25 mindən çox koronavirus testi aparılıb - RƏSMİ


20:11     28 Mart 2020 1444043375_virus.jpg


Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.


Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Femida.az

Açar sözlər: #virus  

Oxunub: 558