Bakıda gənc itkin düşüb - FOTO


16:23     30 Mart 2020 2020/03/837655_03_1585571140.jpg

Bakıda gənc itkin düşüb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, Kərimov Səxavət Kamal oğlunu sonuncu dəfə dünən "Odlar Yurdu" Universitetinin yaxınlığında axşam saat 17:00-da görüblər.

Sözügedən ərazidə ona məxsus avtomobil vurulub. Özü isə itkin düşüb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır:

"Hadisə ilə bağlı şəxsin valideynləri tərəfindən rəsmi müraciət olunub. Bu istiqamətdə axtarış aparılır".

Femida.az

Açar sözlər:

Oxunub: 758