Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb
09:54 01 Aprel 2020
Saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb.
Femida.az- ın məlumatına görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.
Məruzədə qeyd edilib ki, Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən təmir-tikinti işlərinin aparılması adı altında pul vəsaitlərinin qanunsuz silinməsi nəticəsində bələdiyyə büdcəsinə 15 min 716 manat ziyan vurulması, səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən 173,35 hektar torpaq sahəsi üzrə təkbaşına qərarlar qəbul edilməsi və saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiyanın ayrılmasına şərait yaradılması halları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1, 313 179.2.3 və 1792.4-cü maddələri ilə cinayət işi başlanıb.
Oxunub: 552
Oxşar xəbərlər
- Saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
- Saxta COVID-19 pasportu satan şəxsə cinayət işi açılıb
- Saxta COVID pasportu satan həkimlərə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanılıb
- Saxta vaksin pasportu satan 3 nəfər saxlanılıb
- Saxta COVID-19 pasportu satan tibb qardaşı barəsində cinayət işi başlanılıb
- Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
- Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - Video
- Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib