86 İŞİD üzvü məhv edildi


17:02     22 May 2015 2209205188.jpg

İraqın müxtəlif bölgələrində təşkil edilən əməliyyatlarda 86 İŞİD yaraqlısının öldürüldüyü, 19-nun yaralandığı bildirilib.


Femida.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, ABŞ rəhbərliyindəki koalisiyanın Səlahəddin şəhərinin Bəyci mahlaına, Ənbarın mərkəzi Ramadiyə, Kərkükün Havicə mahalına, Mosulun mərkəzinə və Təlafər ilə Şərafəddin mahallarına təşkil etdiyi hava hücumlarında İŞİD terror təşkilatının 31 üzvü ölüb.

İraq təhlükəsizlik qüvvələrinin Ənbarın Kərmə mahalına təşkil etdiyi hücumda 24, o cümlədən İŞİD-ın Kərmədəki məsul şəxsi Əbu Abdulla Şaminin öldüyü də açıqlanıb. Təhlükəsizlik qüvvələri Ənbarın Hüseybiyə bölgəsinə təşkil etdiyi digər bir əməliyyatda 24 yaraqlını məhv edilib. Ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyatlarda isə 7 İŞİD üzvü öldürüldüyü bildirilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 617