86 yaşlı kişi özünü asdı - Qaxda
02:25 27 May 2017
Qaxda intihar hadisəsi baş verib.
Hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.
Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.
Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 1184