Jurnalist adından istifadə edərək karantin rejimini pozan şəxs tutuldu
10:14 11 Aprel 2020
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.
Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib.
T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.
Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 708
Oxşar xəbərlər
- Jurnalist Oğuz Altayın vəfatından 1 il keçir
- Jurnalist Araz Zeynalov vəfat edib
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Ukraynalı hərbi jurnalist müharibədə həlak olub
- Jurnalist Əfqan Sadıqov əfv edilib
- Tanınmış jurnalist vəfat etdi
- Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanılıb
- Ukraynada 23 jurnalist həlak olub
- Özünü jurnalist kimi təqdim edən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb