10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır


15:30     13 Aprel 2020 2020/02/cinayet-isi-hebs_yeni1_1582697570.jpg

Azərbaycanda 35 cinayətin dekriminallaşdırılması, 10 cinayət əməlinin Cinayət Məcəlləsindən çıxarılması, 25 cinayət əməlinə görə məsuliyyət yaradan həddin artırılması nəzərdə tutulur.

Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Milli Məclisə təqdim edilən layihədə qeyd olunub.

Yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. Belə ki, üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur.

Bundan əlavə, 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 737