Ötən il Biləsuvar sərhəd-keçid məntəqəsindən istifadə edənlərin sayı açıqlanıb


10:18     14 Aprel 2020 iran%20serhed.jpg

Ötən il ərzində Biləsuvar sərhəd-keçid məntəqəsindən 1 milyon 510 min nəfər istifadə edib.


Femida.az-ın məlumatına görə, bu barədə İranın Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, sərhəd-keçid məntəqəsindən istifadə edənlərin 9 faizi İran, 91 faizi isə xarici vətəndaşlar olub. İl ərzində məntəqədən 278 min avtomobil keçib. Mart ayında bu sərhəd-keçid məntəqəsindən yalnız 20 min adam istifadə edib.

Koronavirus pandemiyası ilə əlaqədar hazırda keçid məntəqəsi bağlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 627