Azərbaycan və Özbəkistan qarşılıqlı humanitar yardım ediblər


19:26     15 Aprel 2020 2020/04/15869436901323652584_1200x630_1586963595.jpg

Azərbaycan və Özbəkistan arasında tibbi humanitar yardım mübadiləsi həyata keçirilib

Femida.az xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyətin mühüm bir istiqaməti də pandemiyanın təsir etdiyi ölkələrə dəstək göstərməklə həm dövlətimizin beynəlxalq humanitar hərəkata fəal töhfəsini təmin etmək, həm də həmin ölkələrlə ikitərəfli münasibətləri genişləndirməkdir.

Bununla bağlı aprelin 14-də Azərbaycan və Özbəkistan hökumətləri arasında müvafiq humanitar aksiya həyata keçirilib. Azərbaycan tərəfi dost ölkəyə şpris, baxıl, yataq dəsti, tibbi spirt, antiseptik vasitələrdən ibarət yardım göndərib.

Qarşılıqlı tibbi humanitar yardım çərçivəsində Özbəkistandan isə ölkəmizə qoruyucu respiratorlar, böyüklər və uşaqlar üçün qoruyucu maskalar, birdəfəlik qoruyucu geyim, eynək və əlcəklər gətirilib.

Açar sözlər:

Oxunub: 746