Suriyada döyüşlərdə iştirak edən azərbaycanlının istintaqı başa çatıb
11:15 23 Aprel 2020
Suriyada cinayətkar birlik yaratmaqda, mütəşəkkil dəstədə iştirak etməkdə təqsirləndirilən Elçin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 218-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə)maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxunub: 574
Oxşar xəbərlər
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Suriyada bir neçə terrorçu zərərsizləşdirilib
- Suriyada onlarla terrorçu zərərsizləşdirilib
- Suriyada 3 terrorçu zərərsizləşdirilib
- Suriyada düşərgədə saxlanılan 11 nəfər Azərbaycana gətirilib
- Suriyada terrorçular zərərsizləşdirilib
- Suriyada 14 terrorçu zərərsizləşdirilib
- Suriyada terror aktları nəticəsində 18 nəfər ölüb
- Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib
- Suriyada bir neçə terrorçu məhv edilib