Müəlliflik hüquqları ilə bağlı ekspertizanın müddəti azaldılıb


13:29     24 Aprel 2020 2020/04/muelliflik_1587720878.gif

Azərbaycanda yaranan vəziyyəti araşdıraraq, ilk dəfə olaraq, beynəlxalq təcrübədə qəbul edilən indikatorlara əsasən, son 8 ildə ixtiralara patent sifarişlərinin, patentlərin verilməsi və digər mütləq göstəricilər təhlil edilib və əksər göstəricilər üzrə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2019-cu ildəki hesabatına görə, 2018-ci ilin nəticəsi istisna olmaqla, azalmanın olduğu aşkar edilib.


Femida.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bundan başqa, qüvvədə olan patentlərin sayının müşahidə olunan dərəcədə azalması ixtiraçıların patentlərin qüvvədə olmasına marağının və mövcud patentlərə bazar tələbatının zəif olmasını göstərir, sənaye mülkiyyəti obyektlərinin kommersiyalaşmasını olmadığından stimullaşdırma amilinə zərər gətirir.

Bildirilib ki, bu istiqamətdə agentlik təxirə salınmaz işlər aparır, o cümlədən ixtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirlər davam edir, “vahid pəncərə” prinsipi, patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin, PƏNAH sisteminin verdiyi imkanlar hesabına əqli mülkiyyət hüquqlarının daha dürüst və kütləviliyi artıran qorunmasının üzərində işlər tamamlanıb. Bununla yanaşı, ekspertizanın aparılma müddəti azaldılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 662