“Ovçuluq haqqında” qanuna dəyişiklik edildi


15:24     24 Aprel 2020 qanunsuz%20ovcu.jpg

Azərbaycanda geoloji parklarda ovçuluğun həyata keçirilməsinin qadağan edilməsi təklif olunur.

Femida.az xəbər verir ki, bununla bağlı “Ovçuluq haqqında” qanuna dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanunun 21-ci maddəsinə (Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları) təklif edilən dəyişikliyə əsasən, ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan edilir.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 599