Bakıda zəncirvarı qəza zamanı beş avtomobil toqquşub - FOTO


09:11     25 Aprel 2020 20_04_25_1587766976.jpg

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.

Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.

Açar sözlər:

Oxunub: 745