Putin və Tramp birgə bəyanatla çıxış ediblər
20:19 25 Aprel 2020
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp aprelin 25-də sovet və amerikan əsgərlərinin Elba çayı üzərindəki zədələnmiş körpüdə tarixi görüşünün 75 illiyi münasibətilə birgə bəyanatla çıxış ediblər.
Bəyanatda bu hadisənin nasist rejimin həlledici məğlubiyyətinin ilk xəbərçisi olduğu bildirilib: "Elbadakı görüş 1942-ci ilin Birləşmiş Millətlər Deklarasiyası çərçivəsində bir çox ölkələrin və xalqların nəhəng səylərinin kuliminasiyası idi. Bu birgə mübarizə hərbi əməliyyatlarda milyonlarla əsgərin, dənizçinin və mülki əhalinin qurban edilməsini tələb edirdi. "Elbanın ruhu" ölkələrimizin ziddiyyəti bir kənara qoya bilməsinə, ümumi məqsəd üçün əməkdaşlıq və inam qurmasına nümunədir. Bu gün XXI əsrin daha ciddi çağırışları ilə mübarizə apararaq faşizmi məğlub etmək üçün birlikdə mübarizə aparanların hamısının şücaətinə və cəsarətinə hörmətlə yanaşırıq. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq".
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
- Putin mühüm fərman imzaladı
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Putinə nə olub?
- Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb
- Putin BMT baş katibi ilə görüşüb