Azərbaycanlı tələbə Türkiyədə vəfat etdi


19:46     03 Dekabr 2015 10868009_645772335532106_5269790773891524171_n.jpg

Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbə orada vəfat edib.


Femida.az xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Türkiyədə “İstanbul Kəmərburqaz Universiteti”ndə təhsil alan 1991-ci il təvəllüdlü Kənan Nəsibov bu gün səhər saatlarında vəfat edib. Onun zəhərlənmədən öldüyü bildirilir.

Kənan Nəsibov Azərbaycanda “Sektor 11” fan-klubunun təsisçilərindən biri olub.

Açar sözlər:

Oxunub: 924