"ASAN xidmət"də onlayn növbələrin ləğv olunacağı hallar açıqlandı
15:35 27 Aprel 2020
“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu zamanı bəzi məqamlara aydınlıq gətirilib.
Femida.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.
Qeyd olunub ki, əldə olunan onlayn növbə ilə bağlı müəyyən olunan vaxtda vətəndaşların xidmət pəncərəsinə yaxınlaşmadığı təqdirdə onların növbəsi ləğv edilir və bərpası mümkün olmur.
Eyni zamanda hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyacın olmadığı vurğulanıb.
Dövlət Agentliyi növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edib.
Qeyd edək ki, aprelin 27-dən “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb.
Femida.az
Oxunub: 609
Oxşar xəbərlər
- Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- "1 milyonluq əməliyyatı 190 min manata həyata keçirdik" - Ülvi Mehdiyev
- "ASAN xidmət" işçilərinin 40 faizi qadınlardır
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “Azərbaycan əsgəri, səninləyik” aksiyası - VİDEO+FOTOLAR
- Bu "ASAN xidmət"mərkəzləri şənbə-bazar işləməyəcək
- ABAD kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına antiseptiklər payladı - Fotolar