Toğrul Türkeş baş nazir oldu


20:20     03 Dekabr 2015 turkes-371.jpg

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkəmizə səfər edən Əhməd Davudoğlu səlahiyyətlərini müvəqqəti icra etmək üçün Baş nazirin müavini Yıldırım Toğrul Türkeşə təhvil verib. Baş nazir ölkəsinə dönənə qədər Toğrul Türkeş bu vəzifəni icra edəcək.

Qeyd edək ki, 2 günlük ölkəmizə səfər edən Əhməd Davudoğlu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1858