Toğrul Əsgərov gümüş medal qazanıb - YENİLƏNİB


01:43     22 Avqust 2016 togrul.gif

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.


APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

***

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunları davam edir.

Femida.az-ın məlumatına görə, yarışların sonuncu günündə Azərbaycan sərbəst güləşçisi Toğrul Əskərov 65 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

Toğrul Əsgərov yarımfinal mərhələsində İtaliya idmançısı Frank Markez Çamizo üzərində qələbə qazanaraq yarışın final mərhələsinə yüksəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 1510