ƏDV-ni geri al - Yeni portal yaradıldı


12:13     03 May 2020 20_05_03_1588493728.jpg

Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür.

Femida.az xəbər verir ki, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.

Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.

Açar sözlər:

Oxunub: 1308