Ötən ay Bakıda 3 minə yaxın şəxs taksi xidməti üçün icazə alıb


19:56     04 May 2020 taksi%20fealiyyeti.jpg

Bu ilin aprel ayında paytaxtda taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinə 3 312 nəfər müraciət edib.


Femida.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

"Onlardan 2 911 nəfərə fərqlənmə nişanı verilib, 306 nəfərə isə verilməyib", - o qeyd edib.

Açar sözlər:

Oxunub: 917