Müəllimlərə ipoteka verilməsi ilə bağlı şərtlər dəyişdirildi
16:57 07 May 2020
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla gənc ailənin üzvü olan, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.
Eyni zamanda qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.
Femida.az
Oxunub: 1351
Oxşar xəbərlər
- Müəllimlərə verilən vaxt başa çatdı
- Müəllimlərə sertifikatlar verilib
- Müəllimlərə ŞAD XƏBƏR: Ali təhsil müəssisəsi qazancının azı 40 faizini ...
- Müəllimlərə saathesabı ödənilən məbləğ artırıldı
- Müəllimlərə BƏD XƏBƏR - Diaqnostik qiymətləndirmə...
- Müəllimlərə daha bir şans veriləcək
- Müəllimlərə müjdə - Güzəştlər ediləcək
- Müəllimlərə daha bir ŞANS