Müəllimlərə BƏD XƏBƏR - Diaqnostik qiymətləndirmə...
19:08 07 İyun 2018
"Müəllimlərin sertifikasiyadan keçirilməsi məsələsi qanunvericiliyə daxil edilsə də, prosesin hansı formada keçirilməsi və təşkili qaydaları ilə bağlı müzakirələr hələ başlamayıb".
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, normal halda müəllim 3-5 ildən bir özünü diaqnostik qiymətləndirmədən keçirməli və nələri bacardığını müəyyən etməlidir:
"Bizim baxışımız odur ki, diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq. Hazırda müəllimlər 5 ildən bir bu təlimlərdən keçir. Bu təlimlərə cəlb olunan müəllim diaqnostikadan keçiriləcək ki, ona hansı sahə üzrə kömək lazım olduğu müəyyən edilsin".
"Lakin bu gün diaqnostik qiymətləndirmə onu göstərir ki, müəllimlərimizin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var. İxtisasartırma təlimlərinin sonunda müəllimlərin hansı bacarıqlara yiyələndiyi yoxlanılır. Artıq üç ildir ki, bununla bağlı pərakəndəlik aradan qaldırılıb. Bu müddətdə də müəllimlərə vahid sertifikatlar təqdim olunub", - o əlavə edib.
Femida.az
Oxunub: 6704
Oxşar xəbərlər
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Ağır qəzaya düşən müəllim xəstəxanada ÖLDÜ - FOTO
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib