Bu şəxs axtarılır - FOTO


14:35     09 May 2020 2020/05/75BB5906-B930-4DF0-B2E3-97E5B072E5F2_1589021158.jpeg



Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu ilin noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Murad Ziyayevin əlamətləri belədir: boyu 167 sm, orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdıdır. Murad Ziyayev ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 767