Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb


10:35     11 May 2020 20_05_11_1589179002.jpg

Gürcüstanda daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb.

Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Açar sözlər:

Oxunub: 820