İran təsdiqlədi


10:59     11 May 2020 20_05_11_1589179919.jpg

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

İranşəhr şəhər Tibb Universitetin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatadırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.

Açar sözlər:

Oxunub: 773