Azərbaycan dili imtahanı yeni qaydada keçiriləcək
19:25 11 May 2020
Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün dövlət dili kimi Azərbaycan dili imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək.
İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir.
Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.
Femida.az
Oxunub: 1072
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)