Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır


18:37     12 May 2020

Ermənistanda koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıla bilər.

Femida.az xəbər verir ki, bunu Ermənistan Baş nazir müavininin mətbuat katibi Vahan Hunanyan deyib.

"Fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi müzakirəyə çıxarılıb. Çox güman ki, daha bir ay uzadılacaq",- deyə Hunanyan bildirib.

Onun sözlərinə görə, yaxın iki gün ərzində yekun qərar veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 968