“Facebook“dan “bomba” kimi YENİLİK


20:37     04 Dekabr 2015 566098641700000a01e1b150.jpeg

"Facebook" artıq "Periscope" və "Meerkat" kimi canlı yayım xidmətini təqdim edib.


Femida.az-ın məlumatına görə, istifadə baxımından "Periscope" və "Meerkata" olduqca bənzəyən "Live Videos" xidməti "Facebook" tətbiqlərində status paylaşım bölməsinin altında sağ tərəfdə olacaq.

Buraya daxil olduqdan sonra kameranızı aktiv edəcək "Facebook"da yayımı başlatmaq üçün başlıq yazaraq və dostunuzu işarələyərək "Go Live" daxil olaraq canlı yayıma başlaya bilərsiniz. Yuxarı bölmədə izləyicilərin sayına baxmaq və kameranı dəyişdirmək kimi imkanlar da olacaq.

Yayımı izləyən istifadəçilər "Subscribe", yəni izləmə bölməsinə daxil olaraq istədiyi şəxslərin canlı yayımları başlayan zaman bildiriş alaraq xəbərdar ola biləcəklər.

İlk mərhələdə ABŞ-dakı "iPhone" istifadəçilərinə bu gündən etibarən təqdim edilən xidmət daha sonra digər platformalı telefonlarda və ölkələrdə də istifadəyə veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1534