Uşaq valideynindən nə vaxt alına bilər? HÜQUQİ YARDIM


14:01     05 Dekabr 2015 usinavlenie_child_090113.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu uşaqlarla bağlıdır. Uşaqların həyatı təhlükədə olarsa, onlar valideyinlərindən alına bilərmi? sualı ətrafındda araşdırma apardıq. Suallarımızı vəkillər kollegiyasının üzvü vəkil Asif Abdullayev cavablandırıb.




“Uşağlar bizim gələcəyimizdir. Təəssüflər olsun ki, bəzi ailələrdə uşağa dözülməz həyat yaşadan valideynlər bunu dərk etmirlər.

Ailə qanunvericiliyinə əsasən, uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq dövlət qurumu uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Uşağın götürülməsi müvafiq akt əsasında həyata keçirir.

Uşağı götürən qurum dərhal prokurora məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin qurum uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2673