Yardımlıda 7 otaqlı ev yanıb


14:36     05 Dekabr 2015 azvisionyangin0632.jpg

Yardımlıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yardımlı rayonu, Ünəş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 186 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 940