Yardımlıda yeni körpü istifadəyə verilib


22:53     14 İyul 2016 yardimli%20korpu.JPG

Bu gün Yardımlı rayonunun Teşkan kəndində Viləş çayı üzərində tikilmiş yeni körpü istifadəyə verilib.


Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ayaz Əsgərov bildirib ki, əhalinin rahatlığı üçün bölgələrdəki dağ çayları üzərində yeni körpülərin tikilməsi, kənd yollarının əsaslı təmiri dövlətin daim diqqət mərkəzindədir. Bu tədbirlər gələcəkdə bölgələrdə turizmin inkişaf etdirilməsində də mühüm əhəmiyyət kəsb edəcək.

Tədbirdə iştirak edən “Azəravtoyol” ASC-nin sədr müavini Əflatun Qasımov çıxışında rayon və kəndlərdə yolların abadlaşdırılması, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.
Sonda kənd sakinləri onların qayğı və sosial problemlərinin həllində göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində tikilmiş yeni körpünün uzunluğu 12 metr, eni 4 metrdir. Körpü çaydan 3 metr hündürlükdə yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 930