Övladlığa verilən 414 uşaqla bağlı monitorinq aparıldı
11:11 26 May 2020
Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyindən Femida.az-a verilən məlumata görə, bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib.
Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.
Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.
Femida.az
Oxunub: 1484
Oxşar xəbərlər
- Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi - Övladlığagötürmə asanlaşdı
- Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
- Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
- Bu il Azərbaycanda 6 uşaq övladlığa verilib
- Övladlığa uşaq götürmə ilə bağlı yeni prosedur
- Azərbaycanda daha 9 uşaq övladlığa götürüldü
- 28 əcnəbi Azərbaycandan övladlığa uşaq götürmək istəyir
- Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı YENİLİK
- Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır
- Övladlığa götürülmüş uşaqdan imtina etmək olarmı? - HÜQUQ