Habil Vəliyevdən cavab gəldi: “Həkimə müraciət etsin”


17:30     05 Dekabr 2015 gwndelik.jpg

Vəkil Adəm Məmmədovla “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev arasında baş verən məhkəmə çəkişməsi barədə məlumat vermişdik.

Adəm Məmmədov açıqlamasında Habil Vəliyevin rəhbərlik etdiyi mətbuat orqanlarının “Reket qəzetlər” sırasına salındığını və əslində məhkəmədə Habil Vəliyevin onu təhqir etdiyi bildirdi.

Məsələ ilə bağlı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin də, mövqeyini öyrəndik.

Habil Vəliyev:
“Məhkəmədə dava olub. Həmişə də, dava salan o olub. Bir müddət əvvəl Adəm Məmmədov YAP-ın deputatlığa namizədi Astan Şahverdiyev haqqında da, xoşagəlməyən sözlər danışmışdı. Bu onun adətidir. Qeyd etdiyiniz hadisə məhkəmədə baş verib. Hakimlərin, məhkəmə işçilərinin gözü qarşısında bizi təhqir etdi, üstümüzə hücum etdi, əlindəki qələmi bizə atdı. Bütün bunlar hamısı məhkəmə tərəfindən qeydə alındı və araşdırma aparıldı. Mən məsləhət bilirəm ki, O, həkimə müraciət etsin. Onun durumu yoxlanmalıdır. O, durduğu yerdə üstümüzə cumdu. Çünki, məhkəmədən qabaq da, telefonda kimləsə dalaşırdı.”

Bu hadisə 5 ay əvvəl baş verib, siz niyə belə gec məhkəməyə müraciət etdiniz? sualına baş redaktor belə cavab verdi:

“ Məhkəmədə səs-küy saldığı üçün məhkəmə zalından iş başlayıb. Mən verməmişəm ki, onu məhkəməyə. İndi iş yekunlayıb, ona görə də, hay-həşir salıb.Orada tərtib edilmiş akt və bizim müraciətimizdən sonra araşdırma aparılıb. Adəm Məmmədov həmişə problem içində olub. Həmişə dövlətin əleyhinə olan işlərin içində olub.”

“Gündəlik Bakı” qəzetinin baş redaktoru onun rəhbərlik etdiyi mətbuat orqanlarının reket jurnalistləri sırasında olması iddiasına da, aydınlıq gətirib.

“ Əgər o sözləri deyibsə, biz onun məhkəməyə verəcəyik. Bunun əsası yoxdur. Bizim qəzetlər və saytlar Mətbuat Şurasının qara siyahısında deyil. “Gündəlik Bakı” qəzeti vaxtilə qara siyahıda olub və mətbuat şurasının qərarı ilə çıxarılıb. Adını qeyd etdiyiniz digər saytlar bu siyahıda olmayıb.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1463