Habil Əliyev döyüldü


22:56     21 İyul 2015 polisd[ydw20150719.jpg

Göygöl rayonununda iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.


Femida.az xəbər verir ki, hadisə ötən gecə rayonun Çaylı kəndində qeydə alınıb. Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar axşam Çaylı kəndinə gediblər. Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəmnində bir neçə nəfər tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan polislər gecə saat 00:00 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, polis əməkdaşları Çaylı kəndinə vətəndaş şikayəti ilə bağlı gediblər. Onlara zor tətbiq edənlər isə elə barələrində polisə şikayət daxil olan iki şəxs – bir ailənin yeznəsi və qayını olublar. Polis əməkdaşları aldıqları zədələr səbəbindən danışmaqda çətinlik çəkirlər və bu səbəbdən onlardan hələlik ətraflı ifadələr alınmayıb. Həkim-travmatoloq Şahin Quliyevin sözlərinə görə, yaralıların vəziyyəti kafi qiymətləndirilir:

“Hər iki xəstə qapalı kəllə-beyin travması alıb. Bir xəstədə ənsə nahiyyəsində çapılmış yara, üzün sol yanının əzniyi, bədəndənin müxtəlif yerlərində hemotoma, digərində isə qapalı kəllə beyin travması, sol döş qəfəsinin və sifətinin əzniyi aşkar olunub.”

Qeyd edək ki, hadisənin təfərrüatları öyrənilir. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3840