Bakı küçələrində yenidənqurma işləri aparılır
09:24 03 İyun 2020
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.
Bu barədə Femida.az-a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb.
Qeyd olunub ki, hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin eilməsi üçün müasir yol infrasrastrukturu yaradılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.
Eyni zamanda küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaçıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.
Artıq bu küçədə aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılıb.
Femida.az
Oxunub: 599
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR