Yaralı neftçilərlə bağlı yeni məlumat - SİYAHI


03:53     06 Dekabr 2015 yarali%20neftciler.jpg

Təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.


SOCAR-dan Femida.az-a verilən məlumatda bildirilib ki, Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.

Xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı:

Rəcəbov Mərdan-qabırğa sınığı

Məmmədov Allahverdi-bazunun sınığı

Əliyeva Məlahət-bel fəqərəsinin sınığı

Hüseynov Rəşid-kəllə beyin silkələnməsi

Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi

Açar sözlər:

Oxunub: 1397