Nyu Yorkda komendant saatı ləğv edildi


17:11     07 İyun 2020 2018/10/nyu-york_1539848475.jpg

Nyu Yorda komendant saatı ləğv edilib.


Femida.az xəbər verir ki, bu barədə şəhərin meri Bill de Blazio elan edib.

“Bu dəqiqədən etibarən şəhərdə komendant saatını ləğv edirik. Onsuz da aksiyalar şənbə günündən bəri dinc xarakter daşıyırdı. Dünəndən etibarən şəhərimizin sakinləri özlərini yaxşı göstərdilər. Sabahdan açılımla bağlı ilk addımlarımızı atacağıq”, - mer bildirib.

Qeyd edək ki, qaradərili gənc Corc Floydun Minnesota şəhərində polis tətərindən öldürülməsindən sonra ölkənin əksər şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Nyu York şəhərinin rəhbərliyi də bununla bağlı olaraq komendant saatını bazar gününədək uzatmaq qərarını vermişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 798