Ombudsmanın əməkdaşları internat məktəbinə başçəkmə həyata keçiriblər
18:19 08 İyun 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Aparatdan Femida.az-a bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri–insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlərin, saxlanma şəraitinin, uşaqlarla rəftarın, onların asudə vaxtlarının təşkilinin, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin yataqxanalarına, tibb məntəqəsinə, sinif otaqlarına, mətbəxə və digər inzibati otaqlara baxışlar keçirilib, habelə asudə vaxtın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı və sənədləşmə araşdırılıb.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə olan 4 nəfər konfidensial qaydada dinlənilərək, hüquqlarının təmin olunma vəziyyəti yerində araşdırılıb.
Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may -18 iyun tarixlərində Müvəkkilin təşəbbüsü ilə respublikamızda elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılmasına və gigiyena qaydalarına ciddi əməl olunmasına, uşaqlarla rəftar məsələlərinə dair tövsiyələr verilib.
Oxunub: 1024
Oxşar xəbərlər
- Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər
- Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib
- Ombudsmanın illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın məruzəsi Milli Məclisə təqdim edildi
- Ombudsmanın nümayəndələri bu yerlərdə nöqsanlar aşkarladı
- Ombudsmanın nümayəndələri uşaq evinə başçəkmə keçirdi - Nöqsanlar aşkarlandı
- Ombudsmanın Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərildi
- Ombudsmanın hesabatları Ermənistanın cinayətlərini sübut edir