Qaxda 3 ton narkotik məhv edilib


10:45     09 İyun 2020 20_06_09_1591685133.jpg


Qax Rayon Polis Şöbəsi əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Femida.az

Açar sözlər: #Qax   #narkotik  

Oxunub: 718