Bakıda 2 məktəb sökülərək yenidən tikilir


10:41     13 İyun 2020 2020/06/1592028688459_dXOLsXLU_1592030585.jpeg

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb.


İdarədən Femida.az-a verilən məlumata görə, bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.

Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 726