Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
18:13 14 İyun 2020
Kürdəmir rayonunda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Femida.az xəbər verir ki, 20 nəfərdən çox rayon sakini karantin rejimini kobud şəkildə pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Rayon ərzisində 21 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Bundan başqa rayonun Şilyan kənd sakini Məmmədov Əsəd icazəsiz olaraq mağaza işlətdiyinə görə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Rayonun küçə və prospektlərində eləcədə bütün kəndlərində ümumilikdə 105 müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Karantin rejimi başlayandan bəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciətlərin sayında da artım müşahidə olunub. Gün ərzində şöbəyə 30-dan çox müraciət daxil olub.
Müraciət edənlərin əksəriyyəti qızdırma, şəkərli diabet və ürək çatışmazlığından əziyyət çəkən xəstələrdir. Bununla bağlı xəstəxanada 6 briqada yaradılıb və bir neçə kənd tibb məntəqələri də gücləndirilmiş iş rejimində çalışırlar.
Femida.az
Oxunub: 1099
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb