Naxçıvanda əlillərin sosial müdafiəsi gücləndirilir
16:19 15 İyun 2020
Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib.
Nazir bildirib ki, cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilib:
"Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilib".
Femida.az
Oxunub: 728
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər