Riqa sammitində qalmaqal


15:05     23 May 2015 riqa%20sammiti.jpg

Latviyanın paytaxtı Riqada davam edən “Şərq Tərəfdaşlığı” sammitində qalmaqal baş verib.


Femida.az xəbər verir ki, Azərbaycan tərəfi son anda “Şərq Tərəfdaşlığı”nın yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Sammitə rəhbərlik edən Sercio Matrella planlaşdırlmamış fasilə elan edib. Məlumata görə Azərbaycan tərəfinin bəyannaməni imzalamaqdan imtina etməsinin səbəbi mətndə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi ilə bağlıdır.

Lakin danışıqlardan sonra müddəada dəyişiklik edilib və Azərbaycan tərəfi yekun bəyannaməni imzalayıb.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı”na Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir.

Riqa sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Açar sözlər:

Oxunub: 987