Azərbaycana dərman keçirmək istəyi baş tutmadı


11:19     24 İyun 2020 2020/06/1592980204250_VatP8j2E_1592983244.png

Daxil olan məlumat əsasında Rusiyadan gələn Azərbaycan vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri "Samur" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən xəbərə görə, yoxlama zamanı avtomobillərdən birində olan noutbuk çantasının içərisindən 4 ədəd "iPhone" markalı mobil telefon tapılıb. Digər nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən isə 6 ədəd "iPhone" markalı mobil telefon və 3883 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 662